Əməkdaşlarımız

İdarə heyəti

Ali Irfan

Direktor


Əli Birləşmiş Ərəb Əmirliklərində ilk “Kipinä” məktəbini quraraq və konseptin uğurlu sübutu kimi onu idarə edərək etimad qazanmışdır. Yale Universitetindən MBA və Wharton Məktəbindən Bakalavr dərəcəsi ilə məzun olmuş Əlinin Beynəlxalq Telekommunikasiya, Media, Texnologiya şirkətlərində 20 illik idarəçilik təcrübəsi var. O, daha əvvəl ABŞ-da biznesi inkişaf etdirməyə xüsusi diqqət ayıran “Fortune 500” şirkətlərinin əməliyyatlarının inkişafına fokuslanan strategiya konsultantı olaraq xidmət göstərmişdir.

Ben Romdhane

Əməliyyatlar üzrə direktor


Ben Yaxın Şərq və Afrikadakı ən təcrübəli əməkdaşımızdır.

O, demək olar ki, on il boyunca “Mercedes Benz” şirkətində liderlik təcrübəsi qazanmışdır, hətta bu müddət ərzində o, şirkətin ən yüksək dərəcəsi olan C səviyyəli əməliyyat menecerliyi dərəcələndirməsini də əldə etmişdir. Əlavə olaraq, o, Biznes və Mühəndislik Magistr dərəcəsinə də sahibdir. Ben, yüksək səviyyədə ingilis, fransız, ərəb və alman dillərini bilir.

O, məktəblərin proqrama uyğun olaraq vaxtında açılması üçün françayzilərimizə xüsusi kömək edir.

Jeannine Laubner

Tədris üzrə direktor


Jeannine dördüncü nəsil müəllimimizdir və “Kipinä”da təhsil almış iki uşaq anasıdır. ABŞ, San Fransiskodan bizə qoşulan Jeannine 15 ildən artıq təcrübəsiylə təhsil sahəsində uğurlu liderdir. O, Pedaqogika üzrə Magistr, Psixologiya üzrə isə Bakalavr dərəcəsinə və “Mədəniyyətlərarası Dil və Akademik İnkişaf” üzrə sertifakata sahibdir. Jeannine hal-hazırda “Kipinä” Zənginləşdirilmiş Finlandiya Kurikulumu üzrə təlim vasitələrinin davamlı gücləndirilməsi və inkişafı üzərində çalışmaqdadır.

Kieran Galvin

İcraçı direktor


Kieran, “Kipinä” konsepti və brendini yaradan şəxsdir. “Kipinä” onun təhsilin idarəsi, lisenziyalaşdırma və paket şəklində satışdakı təcrübəsi sayəsində işlənib hazırlanmışdır. Təşəbbüskar lider, yaradıcı və özünü sübut etmiş menecer kimi Kieranın Böyük Britaniya, Avstraliya və Yaxın Şərqdə 25 ildən artıq biznes təcrübəsi var. 15 ildən artıqdır ki, yuxarı rəhbərlik vəzifələrində və C səviyyəli idarəçi kimi fəaliyyət göstərməkdədir.

Kieran, Françayzinq partnyorlarımız vasitəsilə “Kipinä”nın dünyaya yayılmasının arxasında dayanan gücdür.