Finlandiyanın tədris fəlsəfəsi

Finlandiyanın Məktəbəqədər Təhsil Sistemi bir-birinə inteqrasiya edilmiş – uşaqlara qayğı, təhsil və tədris – digər ifadəylə “educare” yanaşma modelinə söykənir. Xüsusilə, müəllimlər uşaqlara qoşularaq və ya kənardan yönləndirərək sistemli və məqsədyönlü yanaşma ilə onların oyunlar vasitəsilə inkişafını dəstəkləməlidir.

Finlandiyada, müəllimlər uşaqların fərdi maraq və bacarıqlarını nəzərə alaraq istiqamətləndirici təlim metodundan istifadə edir, mövzuya bağlı məqsədlər çərçivəsində oyun zamanı onları istiqamətləndirir.

Yüksək keyfiyyətli pedoqoji fəaliyyətlər uşaqların transversal (kompleks) bacarıqlarını (belə ki, “Kipinä” kurikuluma aid altı əsas fəaliyyət sahəsini birləşdirmişdir) gücləndirir. Tranversal (kompleks) bacarıqların inkişafına bir çox amil təsir edir: tətbiq edilən yanaşma; istifadə edilən təlim mühiti (“Kipinä”nın sinif otaqları/imaginarium/oxu zalı/açıq havadakı oyun qurğuları/texnologiya/resurslar/oyuncaqlar) və uşaqların öyrənməyi və rifahının necə dəstəklənməyi. Bağçanın daxili fəaliyyət mədəniyyəti və təlim mühiti formalaşdırılarkən “Kipinä”nın təlim nəticələrinə inteqrasiya edilmiş transversal bacarıqların məqsədləri nəzərə alınır.

Finlandiyada təlim məktəbəqədər təhsil və tədris haqqında əsas milli kurikulumda müəyyənləşdirilən təlim konseptinə əsaslandır.

Finlandiyanın tədris fəlsəfəsi Kipinä

Təlimin vəzifəsi uşaqları öyrənməyə təşviq etmək və onlara özlərini, başqalarını və dünyanı anlamağa kömək etməkdir. Məktəbəqədər uşaq təhsil və tədrisində, uşaqlar yeni şeylər öyrənməyə həvəsləndirilir və motivləşdirilir, o cümlədən öyrənmənin fərqli yollarından istifadə etməyə yönləndirilir.

Təlim uşaqların təbii öyrənmə maraqlarını və təcrübə etmək arzularını dəstəkləyir və bundan istifadə edir. Təlim uşaqların inkişaf bacarıqlarını, maraqlarını və güclü tərəflərini, həmçinin fərdi dəstək üçün lazımi ehtiyaclarını nəzərə alır. Əlavə olaraq, bu təlim tədris mühitinə, transversal bacarıqlara və pedoqoji fəaliyyətlər üçün müəyyən edilmiş hədəflərə əsaslanır.

Müəllimlərin vəzifəsi oyun üçün əlverişli şəraiti əvvəlcədən təmin etmək, münasib bir üsulla oyuna nəzarət etmək və hər bir uşağın öz bacarıq və qabiliyyətlərinə uyğun şəkildə oyunda iştirak etmək fürsəti əldə etməyinə imkan yaratmaqdır.

Xüsusilə, müəllimlər uşaqları kənardan yönləndirərək və ya onlara qoşularaq, oyunlarının inkişafını sistemli və məqsədyönlü yanaşma ilə dəstəkləməlidir.

Müəllimlər uşaqların oyunlarını müşahidə etməli və qeydlər aparmalıdır. Oyunu müşahidə etmək müəllimlərin uşaqların fikir və düşüncələrini, maraqlarını, həmçinin onların emosiyalarını və təcrübələrini daha yaxşı anlamalarına kömək edir. Bu müşahidələr daha sonra oyunu planlaşdırmaqda, istiqamətləndirməkdə və digər fəaliyyətlərdə istifadə edilir.

Müəllimlərdən oyunlarda və uşaqlara uyğun şəkildə cavab verməkdə onların təşəbbüslərinin aşkarlanması üçün peşəkar səriştə (həmçinin gender həssasiyyəti) tələb edilir.