Bizim Kurikulum – Zənginləşdirilmiş Finlandiya kurikulumu

“Kipinä”nın tədqiqat əsasında qurulmuş proqramı oyun əsaslı öyrənmə ilə uşaqların məktəb həyatına başlanğıc verən sistemli nəticələri birləşdirmək üçün tərtib edilmişdir. Bizim kurikulum hər bir uşağın emosional, sosial, koqnitiv və fiziki inkişafına xüsusi diqqət ayıran altı əsas sahəni və innovativ fəaliyyətləri əhatə edir.

Bizim Kurikulum – Zənginləşdirilmiş Finlandiya kurikulumu Kipinä

Araşdırma və oyun vasitəsilə koqnitiv inkişaf

Oyun və araşdırma fəaliyyətləri uşaqların savadlılıq, həmçinin riyazi bilik və bacarıqlarının inkişafını dəstəkləməklə yanaşı, həm də onları əhatələyən dünya ilə bağlı təbii maraq və enerjilərindən yararlana bilmələri üçün bir platforma yaradır. Erkən yaş uşaqlıq dövrü sadəcə möhtəşəm bir fiziki inkişaf üçün yox, həm də zehni inkişaf üçün olduqca vacib bir dövrdür.

Bizim Kurikulum – Zənginləşdirilmiş Finlandiya kurikulumu Kipinä

Münasibətlər və şəxsiyyətin inkişafı

“Kipinä” hər bir uşağın başqaları ilə müsbət əlaqələr qurmağına imkan verən sosial və emosional inkişafını dəstəkləyir. Təhlükəsiz və qayğı dolu təlim mühiti, uşağın “mən” anlayışının tərbiyləndirilməsi, şəxsiyyətin inkişafı üçün fürsətlər yaradılması proqramın təbii irəliləyişi və əvvəlcədən nəzərdə tutulmuş nəticəsidir.

Bizim Kurikulum – Zənginləşdirilmiş Finlandiya kurikulumu Kipinä

Riyazi biliklər

Uşaqlar problemləri həll etmək, vaxt, rəqəmlər, qəlib və fiqurları başa düşmək üçün riyazi biliklərə ehtiyac duyur. Riyazi biliklərə yiyələnən “Kipinä” uşaqları öz gündəlik həyatlarının bütün istiqamətlərində kəmiyyət bildirən məlumatlara tənqidi qiymət vermək və münasibət göstərməklə qərar verərkən və ya addım atarkən özlərinə inamlarını artıracaqlar.

Uşaqlarımızın güclü riyazi təməl biliklər əldə etməyi orta məktəbə sisteminə (KG12) daxil olarkən riyazi düşüncələr və anlayışlarda onların daha dərin araşdırmalar etməyinə imkan yaradacaq.

Bizim Kurikulum – Zənginləşdirilmiş Finlandiya kurikulumu Kipinä

Fiziki inkişaf və sağlamlıq haqqında maariflənmə

“Kipinä” kurikulumu vasitəsilə fiziki məşğələ və sağlamlığın inkişafına ayrılan xüsusi diqqət güclü koqnitiv və fiziki inkişafı dəstəkləməklə yanaşı, uşaqların yüksək səviyyədə akademik göstəricilər əldə etməyinə səbəb olur. Mövcud beyin tədqiqatları fiziki aktiv olan və sağlam həyat tərzi keçirən uşaqların daha xoşbəxt olduqlarını, oturaq və qeyri-sağlam həyat tərzi keçirən uşaqlarla müqayisədə daha tez və daha çox inkişaf edə bildiklərini göstərir.

Bizim Kurikulum – Zənginləşdirilmiş Finlandiya kurikulumu Kipinä

Savadlılıq, ünsiyyət və dil

Uşaqlar ətraf dünyalarını dərk edərkən aktiv şəkildə öyrənirlər. Uşaqların seçdikləri ünsiyyət forması onların şəxsiyyətinə təsir edir və uşaqların özləri də dil vasitəsilə təsirə məruz qalırlar. “Kipinä” uşaqların kommunikativ fəaliyyətlərini, dil biliklərini, savadlarını qiymətləndirən, onları dəstəkləyən sosial və intelektual yöndən cəlbedici bir mühit təqdim edir.

Bizim Kurikulum – Zənginləşdirilmiş Finlandiya kurikulumu Kipinä

Mədəni maariflənmə və müxtəliflik

“Kipinä” hər bir uşağın bənzərsizliyini qeyd edən inkluziv (hamıya uyğun) bir mühit yaratmağa çalışır. Bu cür qayğıkeş mühitdə, uşaqlar aid olduqları mədəniyyəti dərindən anlayacaq şəkildə tərbiyə edilməklə yanaşı, həm də onlara qlobal cəmiyyətdə mövcud olan mədəni müxtəlifliklərə dəyər vermək və onları qəbul etmək xüsusiyyəti aşılanır. Uşaqlar mədəni kimlik anlayışlarını gücləndirən, ədalətli və demokratik fəaliyyətlərə qarşı həssas yanaşan ictimai məsuliyyətli vətəndaşlara çevriləcəklər.

Kurikulumun tərkibində olan innovasiya

Bizim kurikulum üzrə nəzərdə tutulan bacarıqlar və təlim nəticələri, həmçinin altı fəaliyyət sahəsinin tamamı XXI əsr bacarıqlarının inkişafını dəstəkləyir. Uşaqlar, tənqidi düşüncə, kreativlik, ünsiyyət və birgə fəaliyyətdən istifadə edərək hər gün müəllimə suallar verməklə və günlük məşğələlər vasitəsilə innovasiya və problem həll etmək qabiliyyətlərini inkişaf etdirirlər.