“Kipinä” Finlandiya sistemindən necə fərqlənir?

“Kipinä” əyləncə və sistemli təlimi özündə birləşdirən Filandiya Milli EYT (Erkən yaşda təhsil –Məktəbəqədər Təhsil) Kurikulumunun qlobal versiyasını təqdim edir.

Finlandiyada, “Kipinä” erkən yaşda uşaq təhsili üçün əsas milli kurikuluma ən yaxın olan təsdiqlənmiş məktəbəqədər təhsil kurikulumu olmasına baxmayaraq, biz proqramda müəyyən qədər praktiki dəyişikliklər və təkmilləşdirmə işləri aparmışıq.

Təsdiqlənmiş Finlandiya Kurikulumu əsasən bələdçi və ya yol xəritəsidir. Fin müəllimlərin kurikulumun tətbiqi və öz siniflərinin idarəçiliyi ilə bağlı bir çox azadlıqları və geniş səlahiyyətləri var.

Bu proqramın tətbiqi dilləri və mədəniyyətləri bir birinə çox yaxın olan uşaqlardan ibarət kiçik qruplarda daha faydalıdır, lakin dünyanın əksər yerlərində daha çox müşahidə edilən müxtəlif, daha geniş, multikultural siniflər üçün eyni faydanı vəd etmir.

Biz müəllimlərə faydalı olsun deyə sinifdaxili rəhbərlik üçün yüzlərlə həftəlik dərs planı hazırlayaraq bir çox iş görmüşük. Müəllimlər uşaqların maraqlarını, onların müxtəlif öyrənmə üsullarını və qavrama nisbətlərini nəzərə alaraq həmin planları həyata keçirə bilərlər.

“Kipinä” Finlandiya sistemindən necə fərqlənir? Kipinä

Finlandiyada uşaqlar yeddi yaşına qədər formal məktəb təhsilinə başlamırlar və məktəbdə sadəcə bir imtahan olur. Bu o deməkdir ki, uşaqların erkən yaşda riyaziyyat və savadlılıq bacarıqlarının inkişafında tələskənliyə ehtiyac yoxdur.

Lakin, bir çox ölkələrdə uşaqlar formal təhsillərinə 4 və ya 5 yaşlarında başlayırlar və məktəbə qəbul olmaq üçün hətta qiymətləndirmədən və ya imtahandan keçməli olurlar.

“Kipinä” Finlandiya sistemindən necə fərqlənir? Kipinä

Buna görə də “Kipinä”nın “Düşünülmüş Oyun Əsaslı” yanaşması var. Finlandiyada oyun vasitəsilə öyrənmək əsas prinsip olduğundan, uşaqların gələcəkdə məktəb zamanı ehtiyacları olacaq savadlılıq və riyazi bacarıqlar əldə etməsini indidən təmin etmək üçün “Kipinä” oyunlara daha çox quruluş verir.

Başladığımız gündən bəri öyrətdiyimiz daha iki məsələ var: Texnologiya və Mədəni maariflənmə. Bu iki məsələ orijinal Finlandiya Kurikulumuna daxil deyildi, lakin artıq ən son rəsmi Finlandiya Kurikulumuna əlavə edilibdir.

“Kipinä” proqramının tətbiqi digər dillərdə də dəstəklənərək, təbii ki olduqca ciddi bir şəkildə ingilis dilində həyata keçirilir.

Müəllimlərə dəstək üçün bizim bir çox vasitələrimiz var. Uşaqların akademik irəliləyişini, günlük məşğələləri, bütün bacarıqlarının inkişafını izləmək və valideynlərlə ünsiyyət qurmaq üçün bizim müəllimlərimiz zamana qənaət edən mobil tətbiqlərdən istifadə edirlər. Bu, həm də administrativ işlər yerinə tədrisə daha çox diqqət və zaman ayırmaqda müəllimlərə kömək etmiş olur.

Biz tədris prosesinə “Məqsədyönlü Təlim” adını verdiyimiz xüsusi bir təlim metodu da əlavə etmişik və elmi araşdırmaya əsaslanan bu metodologiya uşaqları beynəlxalq təlim proqramı vasitəsilə istiqamətləndirir və məsuliyyəti mərhələli şəkildə ötürməklə nəticələnir. Belə ki, bu təlim metodu sayəsində uşaqlar öz bilik və bacarıqlarını özlərinə inamlı və sərbəst şəkildə tətbiq edə bilirlər.

Buna görə də biz qloballaşdırılmış kurikulumumuzu ZƏNGİNLƏŞDİRİLMİŞ FİNLANDİYA kurikulumu adlandırırıq.