Kipinä Erkən Uşaqlıq Dövrü Təhsil və Təlimi üzrə Finlandiya Milli Tədris Planının təməlinə əsaslanaraq onu Finlandiyadan başqa ölkələrə uyğunlaşdırmaq məqsədilə fəaliyət göstərən aparıcı beynəlxalq məktəbəqədər təhsil brendidir.
Biz dünyanın onlarla ölkəsində məktəbəqədər təhsil müəssisələri istifadəyə vermiş, heyrətamiz akademik tədris planları, dərs planları, resurslar və vəsaitlər işləyib hazırlamış və Finlandiya modelinə əsaslanan tədris planı bazasını gündəlik tədris və təhsil prosesində tətbiq etməsi üçün yüzlərlə müəllimə təlim keçmişik.
İşə əminliklə dünyanın ən məşhur təhsil sisteminə sahib olduğuna inandığımız ölkə ilə, yəni Finlandiya ilə başladıq. Daha sonra hökumət orqanları tərəfindən dərc edilmiş qısa, lakin genişmiqyaslı tədris planı bəyanatına dair təlimatı əsas götürərək müxtəlif yaş qrupları (0-6 yaş) üçün altı müfəssəl tədris planı və 200-dən çox həftəlik dərs planı hazırlayaraq təkmilləşdirdik və sınaqdan keçirdik.
Uşaqların inkişafını davamlı izləmək üçün fokuslanmış təlimat metodologiyası və 21-ci əsr bacarıqları (ünsiyyət, əməkdaşlıq, tənqidi təfəkkür və yaradıcılıq) əlavə edərək bu faktorları 250-dən çox bacarıq göstəricisi ilə birləşdirdik.
Kipinä hazırda 15 ölkədə məktəbəqədər təhsil müəssisəsi ilə fəaliyyət göstərir. Akademik proqramımız isə yeddi dildə əlçatandır.