Our Approach to Guiding Children
Məqsədyönlü təlim
“Kipinä” uşaqyönümlü (child-centered) və müəllim yönləndirməsini (teacher-directed) balanslaşdıran bir iş modelinə riayət edir. Finlandiya proqramının əsas fəlsəfəsinə oxşar şəkildə, istiqamətləndirici öyrənmə və ixtisaslı təlimdən istifadə edən “Kipinä” öz sisteminə uşaqların daha sürətli öyrənmələrini təmin edən məqsədyönlü təlim-tədris metodologiyasını əlavə etmişdir. Tədqiqatlar göstərir ki, bu həm öyrənmə həm öyrətmə prosesinə daha çox dəyər qatır. “Kipinä” müəllimləri
“Məsuliyyətin Mərhələli Ötürülməsi” modelinə əsasən bütün yaş qrupları üzrə xüsusi təlim nəticələri üçün uşaqlarla yaxından və qarşılıqlı əlaqədə olurlar. Təlim həm də tikinti iskələsi kimidir, uşaq ona öyrədilənləri tam olaraq başa düşməyincə və ya işin öhdəsindən tam gələnədək, “Kipinä” müəllimi növbəti mərhələyə keçmir. Bu proses vasitəsilə hər bir uşağın özünəinamlı, kreativ və ömürboyu öyrənən bir şəxsə çevrilməsi üçün onlara erkən yaşda vasitəçilik edilir və lazımi dəstək göstərilir.
Uşağın inkişaf kontiniumu (davamlı inkişaf) anlayışı
“Kipinä” hər bir uşağın hərtərəfli inkişafını dəstəkləmək məqsədilə tərtib edilmişdir. Uşaqların inkişaf kontiniumuna paralel şəkildə irəliləyişini təmin etmək üçün “Kipinä” öz proqramını altı əsas tədris sahəsi üzrə təqdim edir. Tədris proqramının istiqamətləri vasitəsilə bir-birinə bağlı olan inkişaf bacarıqlarının qrafikləri uşaqların inkişaf edən bacarıqları haqqında “Kipinä” müəllimləri və ailələrinin məlumat mübadiləsi aparmağı üçün bir vasitə olaraq istifadə edilir.
İnkişafın “yaş və mərhələləri” “Kipinä” kurikulumunun fəaliyyət sahələrində təmin edilsə də, “Kipinä” fəlsəfəsində inkişafın bütün istiqamətləri bir-biriylə əlaqələndirilmişdir.
İnkişaf yetkinliyinin hər hansı bir kurikulum istiqaməti sahəsinə hissələrə ayrılması “Kipinä”nın məqsədyönlü kurikulumu vasitəsilə dəstəklədiyi təlim və uşaqların inkişafına olan həqiqi mənada bütüncül yanaşma üçün süni bir sinifləndirmə ortaya çıxarmış olur.
Nəyin əvvəl nəyin sonra gəldiyini bilmək “Kipinä” müəllimləri üçün olduqca faydalıdır, çünki onlar uşaqların inkişafını qiymətləndirmək, lazım olduqda hər bir uşaq üçün təlim metodunu formalaşdırmağa kömək etmək məqsədiylə onları müşahidə edir.