Academic FAQs
“Kipinä” digər kurikulum və metodikalarla uyğunluq təşkil edir?
Bəli, Kipinä artıq 7 dildə və 15 ölkənin milli kurikulumu ilə birgə fəaliyyət göstərir. K12 (On iki illik) məktəblərin nəzdində IB və Kembric Proqramları üzrə fəaliyyət göstərən “Kipinä” kampusları mövcuddur. Erkən uşaqlıq dövründə Finlandiya metodikasının təkmilləşdirilməsi zamanı bir çox kurikulumlar və metodikalar tədqiq edilmiş və bəzi hallarda bunlar Finlandiya metodikasına daxil edilmişdir. Buraya “Montessori” və “Reggio Emilia” kimi müxtəlif kurikulumlar, eləcə də Kanada, ABŞ və İngiltərə metodikaları, STEAM və “Xüsusi Ehtiyaclar” kimi yanaşı sahələr də daxildir.
Əlavə olaraq, beynəlxalq standartlarla qüsursuz şəkildə hibridləşmək və yuxarı sinif mühitinə asanlıqla inteqrasiya üçün uşaqlara kömək etmək məqsədi ilə “Kipinä” Finlandiya metodikasını zənginləşdirmişdir. Biz XXI Əsr Bacarıqları, İcraedici Funksiya və Məqsədyönlü Təlimi bir-birinə inteqrasiya edərək bu nəticəni əldə edirik. “Kipinä”, həmçinin savadlılıq və riyazi bacarıqların ekvivalent olmasını təmin etmək üçün təlim nəticələri ilə yerli standartları da bir-birinə uyğunlaşdırır.
“Kipinä” ilə “Montessori”nin fərqi nədir?
Finlandiya öz təhsil sisteminin bütün dünyada hörmət qazanmasında böyük uğurlar əldə etmişdir. Lakin Finlandiyanın təhsilə yanaşması təsadüf nəticəsində yaranmayıb. Belə ki, Finlandiya “Montessori”, “Reggio Emilia”, “Steiner”, o cümlədən ABŞ və Britaniya metodikalarından bir çox elementlər götürmüşdür. Montessori yüz il əvvəl – təyyarə ilə səyahətin, mobil telefonların və internetin olmadığı dövrdə başlamışdır. Montessori əslində uşaqlara praktiki bacarıqları aşılamaq metodu idi və bu metodiki meyl indi də davam etməkdədir.
Həm “Montessori”, həm də “Kipinä” oyun əsaslı öyrənmə metodikasıdan istifadə edir. Lakin, bütün oyunlar heç də eyni deyil. Belə ki, “Montessori”də əvvəlcədən planlaşdırılmış nəticələri əldə etmək üçün spesifik oyuncaqlardan istifadə edildiyi və bu zaman uşaqların adətən “iş dövriyyələri”ndə (bu zaman sosial münasibət və paylaşmaq prioritet olmur) tək oynadıqları halda, “Kipinä”da uşaqlar kiçik və böyük qruplarda sosiallaşmağa və sosial bacarıqlarını (əməkdaşlıq, empatiya, komanda ilə işləmək) inkişaf etdirməyə təşviq edilir. “Kipinä” müəllimləri uşaqları istiqamətləndirir, lakin bu zaman onların eyni nəticələri əldə etmələri üçün israr etmir ki, uşaqlar öz yaradıcılığını, təbiiliyini və özünəməxsus şəxsiyyətini inkişaf etdirsinlər. “Kipinä sadəcə otaqdakı resurslarla kifayətlənməmiş və ya sadəcə bu resurslardan formalaşmamışdır. Müşahidə edilə bilən təlim nəticələrini əldə etmək üçün hazırlanmış “müəllim-bələdçi (şagirdyönümlü) öyrənmə modeli” vasitəsi ilə əyləncə və təxəyyülə xüsusi əhəmiyyət vermişdir.
“Montessori” adı müəllif hüququ olan vahid bir metodika deyil. Bu səbəbdən də valideynlərə “Montessori” adı ilə müxtəlif keyfiyyətli xidmətlər təklif oluna bilir. Belə ki, valideynlərə yaxşı təhsilli müəllimləri olan yüksək səviyyəli məktəbəqədər müəssisələrindən tutmuş, “Montessori” fəlsəfəsi ilə çox az və ya heç əlaqəsi olmayan yerlərə qədər bu adla müxtəlif xidmətlər təklif edən yerlər mövcuddur. “Kipinä” patentləşdirilmiş akademik proqramdır və bütün dünyada tanınan əmtəə nişanına sahib brenddir. “Kipinä” məktəbəqədər təhsil müəssisələri auditlər tərəfindən yoxlanılır. Bu səbəbdən, valideynlər gözlədikləri keyfiyyəti əldə edəcəklərinə əmin ola bilərlər. Qeyd edək ki, bizim hər bir regionda ekskluziv bir partnyorumuz olur.
“Kipinä” kurikulumu uşaqların hansı yaş dövrünü əhatə edir?
“Kipinä” doğuşdan 6 yaşa qədər olan uşaqlar üçün təfərrüatlı bir kurikulum təqdim edir. Əlavə olaraq, biz bütün bu yaş qruplarına həftəlik dərs planları təqdim edirik. Bizim bəzi uşaq bağçalarımız ancaq 2-4 yaş arasındakı uşaqları qəbul etdiyi halda, digərləri doğuşdan 4 yaşa qədər uşaqları qəbul edir. Bəzi məktəbəqədər təhsil müəssisələrimiz doğuşdan 6 yaşa qədər, digərləri isə 2 yaşdan 6 yaşa qədər uşaqları qəbul edirlər.
“Kipinä” uşaqları öyrətmək üçün kitablardan istifadə edirmi?
Siz mətbəxdə ancaq yemək resepti ilə bişirməyi seçərdiniz, yoxsa aşpazın sizə yeməyin necə bişirildiyini göstərməyini? Cavab eynidir, kitab səhifələrində öyrədilən istənilən şeyi gerçək həyatda həqiqi əşyalarla gerçəkləşdirərək daha yaxşı öyrətmək və yadda saxlamaq mümkündür.
Məktəblər olduqca rəqabətli (akademik cəhətdən) yer ola bilər. Niyə “Kipinä” uşaqları kağız üzərində daha çox işləməyə vadar etmir?
Dəftərlər təhsilin ən aşağı predmetidir-yəni məlumatları xatırlamaq üçündür. Təhsilin yuxarı forması isə biliyi tətbiq edə bilmək, innovativ, kreativ və tənqidi düşünə bilməkdir. Düşünürük ki, siz övladınızın XX əsr yox, XXI əsr bacarıqlarına malik olmağını istəyirsiniz.
Niyə “Kipinä”da ev tapşırığı yoxdur? Daha çox tapşırıq etmək uşaqlar üçün daha yaxşı olmaz?
Uşaqlar ömründə cəmi bircə dəfə uşaq olurlar, gəlin onları tələsdirməyək. Ev ailə və digər dəyər verdiyimiz şeylər üçündür. Valideyn olaraq öz övladınızla birgə vaxt keçirin və öz dəyərlərinizi yaradın! Bu edə biləcəyiniz ən gözəl ev tapşırığıdır! Biz uşaqların əyləncə eşqini məhv etmək istəmirik, əksinə biz onu böyütmək və ömürboyu öyrənmə sevgisinə çevirmək istəyirik.